2022/2023 mövsümündə Millətlər Liqasının final mərhələsinin oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Belçika, Polşa, Niderland və Uels həlledici qarşılaşmaları qəbul etmək üçün UEFA-ya rəsmi müraciət ünvanlayıb.
Yekun ərizələr bu il oktyabrın 5-dək qitənin futbol qurumuna təqdim olunmalıdır.
Qeyd edək ki, final görüşünə ev sahibliyi edəcək ölkənin adına 2023-cü ilin yanvarında aydınlıq gələcək.