"Mançester Siti"nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bröyne yorucu bir mövsümdən dərhal sonra Millətlər Liqasında oynayacağına görə narazıdır.
Fanat.Az "Index Sport"a istinadən xəbər verir ki, on gündə dörd oyun keçirəcək ulduz futbolçu Millətlər Liqasını mənasız yarış adlandırıb:
"Millətlər Liqası əhəmiyyətsiz yarışdır. Bu, sadəcə olaraq uzun və çətin mövsümdən sonra şişirdilmiş yoldaşlıq oyunları seriyasıdır. Mən bu yarışı heç də səbirsizliklə gözləmirəm".
Qeyd edək ki, Belçika 3-13 iyun aralığında Polşa ilə iki, Niderland və Uelslə bir görüş keçirəcək.
De Bröyne ötən yaydan bəri "Mançester Siti"də 45, millidə isə 4 oyun keçirib. Baxmayaraq ki, o, zədə səbəbindən iki aya yaxın futbol oynamayıb.
Mirağa