Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb.
Görüşdən sonra rəqibimiz, Belarus millisinin baş məqşçisi Georgiy Kondratyev ənənəvi mətbuat konfransında iştirak edib.
"Oyuna niyə belə əsəbi başladığımızı bilmirəm. Heç-heçə ədalətli nəticədir. Biz rəqibi təəccübləndirə bilmədik. Qol vura bilmirik. Azərbaycan millisi texnikalı komandadır. Topla yaxşı davranırlar. Ötənilki qarşılaşma ilə indiki arasında o qədər də böyük fərq görmədim. Bizim ölkə çempionatının tempi Azərbaycan Premyer Liqasına baxanda elə də yüksək deyil", - deyə Kondratyev bildirib.