15:22 08.06.2022 1050

Yunis Hüseynov: "Onların elə bacardıqları budur"

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasınını yeni mövsümündə keçirdiyi ilk iki oyuna 1 xal toplayıb. 

Qazaxıstana səfər edən futbolçularımız oyundan 0:2 hesabı ilə məğlub qayıdıblar. İkinci oyununda isə De Byazinin yetirmələri Serbiyada Belarusla qarşılaşmadan bir xal əldə ediblər - 0:0. 

Yığma komandamızın qeyri-məhsuldar oyun sərgiləməsi ilə bağlı Azərbaycan seçməsinin sabiq hücumçusu Yunis Hüseynov fikirlərini Fanat.Az-a bölüşüb. 

Əvvəlcə 57 yaşlı mütəxəssis millimizin futbolçularının yaradılan qol vəziyyətlərindən düzgün istifadə etməməsinə toxunub: 

"Mən fikir bildirəndə adımdan yazırlar ki, inkişaf var. Amma mən "inkişaf var" sözünü işlətməmişəm. Görünən budur ki, inkişaf yoxdur. Müasir futbol imkan verir ki, hər bir komanda futbol nümayiş etdirə bilsin. Zəif hesab etdiyimiz komandalar belə, topu özlərində saxlaya bilirlər. Müdafiə olunmaq, hücuma keçmək elə də problemli məsələ deyil.

Keçək bizim milliyə. Son oyunlar göstərir ki, oyun zamanı topu özümüzdə saxlaya bilirik. Hücuma da keçə bilirik. Amma əfsuslar olsun ki, rəqib qapısı önundə təhlükə yaratdığımız zaman bundan lazım olduğu kimi istifadə edə bilmirik. Budur əsas problem. Rəqiblər də buraxdığımız səhvlərdən istifadə edib bizə qalib gəlirlər. Qol epizodlarından yüksək səviyyədə istifadə etmək lazımdır ki, bu da düşür hücumçuların və hücumameylli yarımmüdafiəçilərin üzərinə. Görürük ki, onlar öz işlərinin öhtəsindən gəlmir. Ya tələskənlik olur, ya da təcrübəsizlik ucbatından hücumları düzgün tamamlaya bilmirik.

Bizimlə eyni səviyyədə olan seçmələrə qarşı planlı şəkildə oynaya bilirik. Məsələn, Qazaxıstanla oyunun ilk hissəsinin sonları... Epizodlarımız oldu, amma nə olsun? Nəticədə yaranan vəziyyətləri dəyərləndirə bilmədik. Olsun Belarus. Onlara qarşı da imkanlarımız oldu, amma nəticədə oyunu qolsuz bitirdik. Bütün bunların da nəticəsi olaraq, iki oyuna cəmi 1 xal toplamışıq". 

Futbol mütəxəssisi komandanın forvardlarının potensialı barədə də fikir bildirib: 

"Belə bir fikir formalaşır ki, millinin heyətində oynayan futbolçularımız öz bacarıqlarını 100 faiz ortaya qoymur. Bununla razı deyiləm. Sizə izah edim. İstər Ramil Şeydayev olsun, istər Mahir Emreli, onların elə 100 faiz bacardıqları budur. Onların potensialı budur. Düşünürsünüz ki, onlar özləri qol vurmaq və ya məhsuldar ötürmə etməklə yadda qalmaq istəmirlər? İnandırım sizi ki, istəyirlər. Amma nə etmək olar? Futbolçuların maksimum bacardıqları budur. İnanmıram ki, onlardan kimsə bilərəkdən zəif çıxışla yadda qalsın. Hərdən bilmirəm belə qeyri-məhsuldar oyunu necə ifadə edim. Nə demək olar ki? Görürük ki, futbolçularımızın potensialı elə bundan ibarətdir". 

Xatırladaq ki, Azərbaycan millisi növbəti oyununu iyunun 10-u Bakıda Slovakiya yığmasına qarşı keçirəcək.

Emin Şəmsiyev 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X