UEFA Millətlər Liqasının növbəti oyununda Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiyanın üç əsas futbolçusu matçı buraxacaq.
Fanat.Az "sport.aktuality"ə istinadən xəbər verir ki, Ladislav Almasi və Yuray Kutska iki oyunda sarı vərəqə aldıqlarına, Ondrey Duda isə qırmızı vərəqə ilə cəzalısı olduğuna görə qarşıdakı görüşdə iştirak etməyəcəklər.
Xatırladaq ki, Slovakiya - Azərbaycan oyunu sentyabrın 22-də baş tutacaq.
Emin