Azərbaycan millisinin futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.
Fanat.Az xəbər verir ki, buna milliləşdirilmiş braziliyalının səfərdə Slovakiyaya qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda sarı vərəqə alması səbəb olub.
Cari mövsümdə ikinci dəfə "sarı" görən 33 yaşlı oyunçu qrupun son qarşılaşmasını - Qazaxıstanla matçı kənardan izləyəcək.
Qeyd edək ki, Azərbaycan səfərdə Slovakiya üzərində 2:1 hesablı qələbə qazanaraq qrupda 2-ci pilləyə qalxıb.