"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde xəsarət alıb.
Fanat.Az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunun oyununda - Avstriya ilə matçda (2:0) zədələnib.
"Xoruzlar"ın baş məşqçisi Didye Deşam Kundeni 23-cü dəqiqədə əvəzləmək məcburiyyətində qalıb.
İndilik müdafiəçinin zədəsinin nə dərəcədə ciddi olduğu bilinməsə də, Jülün uzun müddətə sıradan çıxması "Barsa"nın baş məşqçisi Xavi üçün ciddi problem yarada bilər.
Nihat