20:19 24.09.2022 1114

"Mən iki dəfə dedim, anlamadınız..." - De Byazi

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis matçın çox ağır və çətin keçəcəyini bildirib:

"Qazaxıstanla ilk oyunumuzda rəqibdən daha yaxşı oynamışdıq. Buna baxmayaraq, rəqib çox güclü komandadır. Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Slovakiya ilə matçı unutmalı və bu görüşü düşünməliyik.

Bir evi tikəndə bünövrədən başlamaq lazımdır. Bu, bir gündə baş verə bilməz. Böyük ev tikmək üçün daha çox vaxt lazımdır. Bizim situasiyada belədir. İlk 4 oyunda çox yaxşı idik. Slovakiyaya məğlub olduğumuz ilk matçda müdafiədə daha diqqətli oynamalı idik. Birinci hissədə hakim lehimizə penalti də təyin edə bilərdi. Belarusu səfərdə də məğlub etmək olardı. İmkanlardan yararlana bilmədik. Həmin iki oyuna görə təəssüflənirik. İndi 1-ci yer uğrunda yarışa bilərdik. Sabah qalib gəlsək, 2-ci olacağıq. Çox yaxşı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam".

O, Qara Qarayev və Rəhim Sadıxova dəvət göndərməməsini belə şərh edib: "Komandamdakı bütün futbolçulardan razıyam. Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan".

Qarayevin milliyə çağırılmaması barədə çox danışmaq istəmədiyini söyləyən De Byazi deyib ki, komandanın içində olanlar orada qalır: "Özü soruşsa, deyərəm. Amma soruşmayıb. Qara səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır. Mən iki dəfə dedim, anlamadınız. Olar, komandanı bildiyim kimi idarə edim? Sonra kənarda bir saat danışa bilərik. Mən əvvəl jurnalist olmuşam. Sanki başqa dünyadayıq, bir-birimizi anlamırıq".

İtaliyalı baş məşqçi yığmada özünü yaxşı tərəfdən göstərə bilməyən Elvin Camalovun çıxışını da dəyərləndirib: "Çox döyüşkən oyunçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizodla kiməsə qiymət vermək olmaz. İstər meydanda, istərsə də kənarda olanda özünü düzgün aparır. Ondan razıyam. Komandasının da lideridir".

Təcrübəli mütəxəssis yığma üzvlərinə Slovakiya üzərində qələbəyə görə mükafat veriləcəyi barədə xəbərlərə münasibət bildirməyib: "Bu barədə açıq danışa bilmərəm. Xəbəri kim yazıbsa, onunla danışın".

De Byaziyə yığmadakı gələcək taleyinə də toxunub: "Müqaviləm sentyabrın 30-u başa çatır. Oktyabrın 1-də bu suala cavab verəcəyəm".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X