UEFA Millətlər Liqasının 5-ci turunda səfərdə Ermənistanı 5:0 hesabı ilə darmadağın edən Ukrayna millisi son 9 ilin ən yaxşı nəticəsinə imza atıb.
Fanat.Az xəbər verir ki, 2013-cü ilin oktyabrında San-Marinonu qonaq qismində 8:0 yenən Ukrayna o vaxtdan bəri səfərdə 5 top fərqi ilə qalib gələ bilməmişdi.
Xatırladaq ki, Ukraynanın qollarını Aleksandr Tımçik, Aleksandr Zubkov, Daniil İqnatenko və Artyom Dobvik (2) vurub.
Nihat