Millətlər Liqasının qrup mərhələsinin son turunda evdə İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirin yarımfinal mərhələsinə yüksəlmək şansını qaçıran Portuqaliya millisinin forvardı Kriştianu Ronaldu tənqid hədəfinə çevrilib.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, o, matç başa çatandan sonra kapitan sarğısını çıxararaq yerə tullayıb.
Maraqlıdır ki, Avropa mənbələrinin bəziləri 37 yaşlı futbolçunun sarğını yerə yox, Braqadakı "Munsipal" stadionunun dəhlizinin yaxınlığındakı azarkeşlərə tərəf atdığını bildirib.
Qeyd edək ki, bu, Ronaldunun ilk belə hərəkəti deyil. O, 2021-ci ildə - DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirdikləri matçın (2:2) sonlarında sarğını meydana atmışdı.
Nihat