Çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında ilk yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Antalya şəhərində baş tutan qarşılaşma 4:3 hesabı ilə “ay-ulduzlular”ın xeyrinə başa çatıb.
Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib.
Bu komandalar arasında növbəti görüş mayın 4-də olacaq.