Azərbaycan millisi FIFA reytinqindəki mövqeyi dəyişməz qalıb.
Fanat.Az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz 114-cü pillədədir.
Seçməmiz 2023-cü ili 1174.22 xalla başa vurub.
Argentina yığması (1855,20) reytinqdə liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür.