Son Azərbaycan çempionu "Araz-Naxçıvan"da ayrılıq reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futzal üzrə milli üzvləri Xətai Bağırovla İsa Atayev iş yerlərini dəyişiblər.
Hər ikisi minifutbola keçib. Xətai "İnter"in baş məşqçisidirsə, İsa "Zirə"də oyunçu kimi çıxış edir.
Bununla belə, futzalçıların mövsümün sonunda legioner həyatı yaşayacağı gözlənilir. Belə ki, dost oyunçular əvvəl də çıxış etdikləri "Beşiktaş Gent"dən dəvət alıblar. Böyük ehtimalla, Bağırovla Atayev yayda Belçikaya yollanacaqlar.
Bu arada "Zirə" daha bir futzalçını sıralarına qatıb. Belə ki, millinin sabiq üzvü Ramiz Çovdarov minifutbol komandasına transfer olunub. Ramizin son klubu Almaniyanın "Fortuna Düseldorf"u olub.
Mirağa