Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.
Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futzalçı yeni mövsümdə ölkə çempionunun uğurları üçün tər tökəcək.
Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ülvi debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.
Onu da qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.