Futzal üzrə Avropa çempionatının D qrupunda bu gün mübarizəyə start verilib.
Fanat.Az-ın xəbərinə görə, qitə birinciliyinin ikinci oyun günündə millimizin rəqibləri – İspaniya və Fransa üz-üzə gəlib.
Lyublyanadakı "Stoyiçe Arena”da keçirilən oyun 4:4 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, yığmamız ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol