Futzal üzrə milli komandamız bu gün Avropa çempionatında qrupdakı ikinci oyununa çıxıb. Fanat.Az xəbər verir ki, yığmamız İspaniya ilə görüşüb.
3 komandadan ibarət qrupda ilk oyunda Fransaya qalib gələn Joze Alesionun yetirmələri 1/4 finala vəsiqəni təmin etmişdilər. Turnirin favoritlərindən hesab olunan "buğalar”la qarşılaşma qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətli idi.
Gərgin mübarizə şəraitində keçən oyun ispanların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da komandamız D qrupunu 2-ci pillədə başa vurub və 1/4 final mərhələsində Portuqaliyaya rəqib olub.
İspaniya isə qrupu zirvədə tamamlayıb.
AVRO-2018
D qrupu
4 fevral
Azərbaycan – İspaniya 0:1
Qol: Pola, 13.21.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 10. Vassoura, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov.
İspaniya: 1. Pako Sedano (q), 2. Ortiz (k), 7. Pola, 11. Migelin, 14. Aleks, 13. Xesus Errero (q), 3. Mark Tolra, 4. Bebe, 5. Adolfo, 6. Solano, 8. Lin, 9. Serxio Lozano, 10. Rafa Usin, 15. Xoselito.
Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya).
Sloveniya. Lyublyana, "Stojica Arena”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol