"Zirə"nin üzvü Aleksandr Dedov və "Səbail"in oyunçusu Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, hücumçular UEFA Millətlər Liqası çərçivəsində Moldovanın San Marino ilə səfər və Lüksemburqla ev oyununda iştirak etmək üçün yığmaya çağırılıb.
Qeyd edək ki, San Marino ilə oyun noyabrın 15-də, Lüksemburqla isə noyabrın 18-də olacaq.
Fanat.Az