
Millimizin futbolçusu Eddi İsrafilovun komandasının - "Albasete"nin yeni çalışdırıcısı bəllidi.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu post Lukas Alkarasa tapşırılıb. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb. İspan mütəxəssis istefaya göndərilən Luis Miqel Ramisin yerini tutub.
Qeyd edək ki, "Albasete" hazırda İspaniya Sequndasının turnir cədvəlində 19-cu pillədədi.
Fanat.Az