"Beşiktaş”ın sabiq çalışdırıcısı Abdullah Avcı AFFA-nın təklifinə cavab verib.
Fanat.az "TRT Spor”a istinadən xəbər verir ki, türk mütəxəssis Azərbaycan millisini çalışdırmaqdan imtina edib. Bildirilir ki, AFFA-nın icraçı vitse-prezidenti - baş katibi Elxan Məmmədovla görüşən türk mütəxəssis milli komanda çalışdırmaq istəmədiyini bildirib. O, həmçinin istirahət etmək istədiyini vurğulayıb.
Xatırladaq ki, "Beşiktaş" ötən ay Avcı ilə yolları ayırıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol