22:14 14.02.2020 1946

"Baş məşqçi təyinatı ilə düzələn deyil"

Beynəlxalq dərəcəli hakim, tanınmış ekspert Tahir Süleymanov ölkənin futbol gündəminə uyğun olan 2 suala cavab verib. "Neftçi”nin sabiq vitse-prezidentinə sualları lent.az-ın əməkdaşı ünvanlayıb.


- Tahir bəy, artıq neçə vaxtdır Azərbaycan millisi baş məşqçisiz qalıb. AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycan millisinə 32 namizədin olduğunu deyib. Sonra da açıqlayıb ki, onlar arasında azərbaycanlı mütəxəssis yoxdur. Bu nədən xəbər verir, yerli məşqçilərə etimadsızlıqdan, ya...


- Ümumi futbol adına ən böyük strateji səhv elə milliyə baş məşqçi müzakirələrinin bu səviyyədə aparılmasıdır. Üstəgəl də mənasız U-23 məsələsi ortaya atılır. Bunların hamısı yanlış addımlardır ki, illərdir davam edir. Ölkə futbolunun mövcud problemləri milliyə baş məşqçi təyinatı ilə düzələn deyil. Fərq etməz, əcnəbi və ya yerli...


15 ildə futbola yatırılan 100 milyonlar, dövlət qayğısı sayəsində Torres, Diniyev, Foqts, Prosineçki, Qurbanov, Yurçeviç və onlarla köməkçi yerli-əcnəbi məşqçilərlə nəyə nail olundu?! Təəssüf ki, Azərbaycan futbolunda analizlər düzgün aparılmır, bataqlığa düşdükcə eyni addımlar təkrar-təkrar atılır.

İndi də 32 (!) namizəd müzakirə edilir. Bunun özü ciddilikdən uzaq yanaşmadır. O məşqçilərin hər birinin futbolda fərqli düşüncələri, fəlsəfələri var. Azərbaycan futbolunun tarixən öz ənənəvi oyun üslubu var. Əsasən orta, qısa ötürmələrlə texnikalı oyuna söykənir. Güclü və zəif tərəfləri öz yerində, ilk növbədə yerli futbol mədəniyyətinə, fəlsəfəsinə uyğun məşqçilər nəzərdən keçirilməlidir. Yoxsa, əsasən işsiz qalan əcnəbi məşqçilərin siyahısını tərtib etməklə onsuz da nüfuzdan salınan ölkə futbolu daha da aşağılanır. Bu, futbola doğru münasibət deyil, diletantlıq, ortada gəzənlərin, futbola daraşanların növbəti beyin məhsulu, pul dağarçığıdır...


Ölkə futbolunun böhranı isə daha dərindir. Köhnə-yeni AFFA rəhbərliyi müəyyənləşdi. Bakıda, bölgələrdə inşa edilmiş müasir stadion-komplekslər böyük futbolsuz qalıb, klublar dağılıb. Ölkədə istedadlar yetərincə olsa da, futbol sisteminin yararsızlığından onlar üzə çıxmır, yetişmir, bələkdə boğulur. Bunun əvəzinə bütün yaş qrupları üzrə yığmalara onlarla legioner futbolçular milliləşdirilir. AFFA rəhbərliyi nəhayət, futbolda olan bütün düşünən beyinləri futbol adına bir araya gətirməlidir.


İndiki atılan addımlar son illərdəki yanlış gedişlərin təkrarıdır. Əgər məqsəd Azərbaycan futbolunun inkişafıdırsa, düşüncələr fərqli olmalıdır. Son həftələrdəki U-23 "ideya"ları buna bir daha sübutdur.


Ölkədə milliyə baş məşqçi məsələsi müzakirə edilməməlidir, ümumi ölkə futbolundakı durum, vəziyyətdən çıxış yolları müzakirəyə çıxarılmalıdır.

"Formula-1" maşınınız yoxdursa, istəyir dünya səviyyəli pilot gətirin, nə xeyri. "Pobeda"ya minib qələbələr qazanmaq mümkünsüzdür. İlk növbədə futbol təssərrüfatında bütün sahələri üzrə eyni inkişaf tempini təmin etmək lazımdır. Buraya infrastruktur, müasir qurğulardan səmərəli istifadə, uşaq futbolundan tutmuş klubların bərpası, çempionatın səviyyəsi və digər məsələlər kompleks halında daxildir. Əks halda, milli deyə-deyə 3-5 il də itiriləcək...


-Maraqlıdır ki, AFFA-nın siyahısında olan məşqçilər bizim yığmaya gəlməkdənsə, öz çempionatlarında – məsələn, Kononovun "Riqa”ya gedişi - aşağı yerləri tutan klublara keçməyə üstünlük verirlər, nəinki Azərbaycan yığmasına başçılıq etməyə. Bunun səbəbi nədir?


- Azərbaycan millisi özünə hörmət edən əcnəbi məşqçilər üçün son variantdır. Təqaüd yaşında olanlar, Yurçeviç kimi "ikincilər”, işsiz qalanların gün keçirmək, yüz minlər, milyonlar qazanmaq üçün baxdıqları məkandır. Mənəvi tərəfləri çıxmaq şərtilə onların heç bir günahı yoxdur. Ölkə futboluna bu münasibət yaradılıb. Ölkə futbol ictimaiyyətinə də səslənirəm, baş məşqçi məsələsi nə qədər az müzakirə edilsə, daha xeyirli olar. Ölkə futbolunun dərdi torreslər, foqtslar, yurçeviçlər, lippertlər deyil. Azərbaycanda gənc nəsil futbol genefondu məhv edilib. Bu və ümumi futbolda çıxış yolları müzakirə edilməli və futbol başbilənləri bu istiqamətdə əməli işlər görməlidir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

00:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

11:27

Mbappe DÇ-2026-da 4 rekord müəllifi ola bilər

11:06

"Zirə" 5 futbolçu ilə anlaşdı - RƏSMİ

10:30

"Qarabağ" "Levski" ilə qarşılaşacaq

Facebookdan bizi izləməyi unutmayın.
X