"Yuventus"un futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 167-ci matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu UEFA Millətlər Liqasında III turun Fransa ilə səfər qarşılaşmasında start heyətdə yer alıb. Ronaldu öz ölkəsinin futbolçularından ən yaxın izləyicisi Luis Fiqunu 40 oyun geridə qoyub.
Avropada o, latviyalı Vasili Astafyev və ispaniyalı İker Kasilyasa çatıb. Təcrübəli forvardla müqayisədə italiyalı Canluici Buffon (176) və ispaniyalı Serxio Ramos (174) yığmada daha çox oyun keçirib.
Dünyada isə Ronaldu hazırda Astafyev və Kasilyasla birgə 11-ci yeri bölüşür. Növbəti matçında o, ilk "10-luğ"a daxil olacaq.
Qeyd edək ki, rekord misirli Əhməd Həssənə (184) məxsusdu.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol