UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında millinin qapışısı Şahruddin Məhəmmədəliyev fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, əlcək sahibi qısaca bunları söyləyib:
"Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq".

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol