19:05 01.04.2021 1949

Zarafat eləmirəm, Mamedovluq deyil

NİHAT AĞASOY
 
Bir yığın adam yenə də düşüb yığmanın üstünə. İddia edirlər ki, Azərbaycanın idman şərəfini təmsil edən milli Elxan Məmmədovun 14 illik vəzirliyi dönəmində hələ də qara gündən çıxa bilmir. Təbii, hamısı eyni dərəcədə qərəzlidilər. Bunlar bineyi-qədimdən atı qoyub çulu qırmanclayan adamlardı, futbolçular dura-dura, şüşəli sarayın boz vəzirini qamçılayırlar. Balam, oynaya bilmirlərsə, ağ yuyub qara sərin bu bacarıqsız futbolçuları. Mamedov meydana çıxıb Portuqaliyaya qol vurmalıydı? Yoxsa, Qətərin qarşısında aciz qalan oyunçulardan biri də o idi? Siz kimdən artıqsız axı? Bir qucaq demokratik düşüncəli könüllülər ordusunun, bir qucaq məşqçinin, bir qucaq saçı-saqqallı ağarmış veteranın, yarım qucaq jurnalistin dəstəklədiyi doğruya niyə oğru deyirsiz?

14 ildə az iş görüb? Əvvəl futbolumuzu almanlaşdırıb, sonra xorvatlaşdırıb, arada da yerli məşqçilərin müqəddəs konsepsiyalara inanmadığını görüb italyanlaşdırıb. Canni De Byazinin çoxillik planı az şeydi? Gəldiyi gündən komanda uda bilməz axı. Üç-dörd il təcrübə aparıb nəticəsi barədə gələcək xatirələrində danışsa, bəsdi. Çağırıblar, Albaniyanı Avropa çempionatının final mərhələlərinə daşımış dağ boyda adam da belə desək, kənddə hamam tikməyə gəlib...
 
Futbolçular oynamırsa, buna De Byazi neyləsin, bütün həyat və yaradıcılığını ölkə futbolunun çiçəklənməsinə həsr etmiş Mamedov neyləsin? Müəllim uğurlu addımlarına görə baş katib postundan başqa daha birini - o boyda icraçı vitse-prezident "kreslo"sunu da tutub. Bütün normal postlardakı ağılsız və işini görə bilməyən azərbaycanlıları qovaraq hərəsinin əvəzinə bir ağıllı və təcrübəli, eyni zamanda dürüst əcnəbi gətirib. Məsələn, U-21 çalışdırıcısı Milan Obradoviç qədər vicdanlı və dürüst. Adam əsas millimizin Serbiya ilə oyunundan qabaq "mən bir serbəm, ölkəmin yığmasına azarkeşlik edəcəm" deyir. Çılğın De Byazi də bu dürüst insandan Serbiyanın indiki durumu, zəif və güclü cəhətləri barədə məsləhət aldığını açıqlayır. Budu qarşılıqlı dəstək, budu U-21-lə əsas yığmanın arasındakı sərhədsiz əlaqə, budu serb-italyan qardaşlığı! Bax bu birliyin səbəbkarı sizin bəyənmədiyiniz həmin Mamedovdu. Bu əlaqə, bu həmrəylik, bu beynəlxalq ab-hava fonunda oynamayan futbolçunun başına özü boyda daş düşsün, düşməsin? 

Kimdi bu Qarabağda gorbagor elədiyimiz Ermənistanın yığma komandasının Almaniyanın da yer aldığı qrupda 9 xalla liderlik etməsindən danışanlar? Hansı qərəzli qızışdırıb bu sərsəmləri? Əvvəla, adam düşməni ciddiyə almaz. Digər tərəfdən də, Mamedov meydana çıxıb Ermənistan futbolçularının əvəzinə avtoqol vurmalıdı? Bir söz deyim, səmimiyyətimə zərrə qədər şübhəniz olmasın, AFFA-nın büdcəsi Ermənistan Futbol Federasiyasının büdcəsindən azdı. İnanın, bacarıqsız, işbilməz, boşboğaz haylar konyak satışından gələn milyonları istiqaməti üzrə xərcləməyib, havaya sovurublar.
 
O pul AFFA-da olsaydı, indi heç kim Alekseyin erməniyə qardaş deməsini vecinə almazdı. Daha ciddi işlərimiz olardı, belə xırda məsələləri təbəssümlə qarşılayardıq. Milli AÇ-lərin DÇ-lərin qrupunda dastan yazar, azarkeşlər də hər uğurlu matçın ardından əllərində AFFA prezidenti və vitse-prezidentlərinin şəkilləri ilə zəfər yürüşləri keçirərdi. Heyif ki, Ermənistan futbolundakı milyonlar ölkədəki idman telekanlının da kəndirini əlində saxlayacaq qədər zəkalı olan vəzirin sərəncamında deyil. Məncə, müqayisə aparanda qərəzsiz və realist olmaq çox önəmlidi. 


Bəlkə Elxan ağa bu tsikldə bizimkilərdən iki dəfə yaxşı oynayırlar deyə, Lüksemburq və Malta kimi ölkələrdəki vitse-prezidentlərdən uğurun reseptini soruşmalıdı? Olur də, təsadüfdü. Guya səfərdə Slovakiya yığmasına 2 qol vurmaq belə gurultulu inkişafdı? Mamedovun kurasiyasındakı federasiya Malta ərazisində yerləşsəydi, seçməmizin hər AÇ-dəki minimum hədəfi 1/4 final olardı, "Bavariya"da 2, "Barselona"da 3 azərbaycanlı oynayardı. Kişi düzəldir də, yavaş-yavaş düzəldir... 14 ildə uzağı 250 milyon manat pul xərclənib. Vurub-bölsən, heç 200 milyon dollar eləmir. Dünya futbolunda fırlanan pulların yanında nə puldu ki? Daha 5-6 il ən azı indiki tempi qoruyub sonra ingilisləşmək qərarına gəlmək pisdi ki? Hələ hər şey qabaqdadı. Demokratik düşüncəli Vaqif Sadıqovun "trollsport.az" saytına verdiyi proqnoza görə, iki-üç nəsil dəyişikliyindən və üç-dörd əcnəbi mütəxəssis tərəfindən aparılacaq təcrübələrdən sonra formalaşacaq milli Serbiyaya daha yaxşı hesabla uduza bilər. 

Hə, Mamedov qətiyyən kələfin ucunu itirməyib. Əksinə, işləyir, mübarizə aparır, bir ölkənin futbol təsərrüfatında təkbaşına yiyəlik etməyin mümkünlüyünü isbatlayır. Həm qərəzli jurnalistlərlə döyüşür, həm Nazim Süleymanovun timsalında futbolun nə demək olduğunu bilməyən qərəzli veteranlarla, həm də bu və bu tip digər qərəzlilərin yoldan çıxardığı qərəzli azarkeşlərlə. Deyəsən, QƏRƏZ sözünü həddindən artıq çox işlədərək sizi yordum axı. Yorulduzsa, üzürlü sayın. Gələn dəfə üçün daha qısa və qərəzsiz bir şey fikirləşərəm. 

Az qala yadımdan çıxmışdı, gülüş günü olsa da, zarafat eləmirəm, yığmanın bu vəziyyətə qalması qətiyyən Mamedovluq deyil. 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X