17:04 27.05.2021 4644

De Byazinin bu tələbi futbolçuları hiddətləndirdi, AFFA tərəf tutdu - XOŞAGƏLMƏZ OLAY

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyənin qonağı olacaq. Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib.

Bu matçların beşində "ay-ulduzlular", birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.

Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurmuşdu.

Oyun öncəsi komandaların heyətində itki yoxdur. Amma narahatlıq, belə demək mümkünsə, problem var. Bu da De Byazi ilə futbolçular arasında yaşanır.

Sportinfo.az-a daxil olan məlumata görə, italyan çalışdırıcı komanda üzvlərindən aqressiv olmağı, ikili mübarizələrdən çəkinməməyi tələb edib. De Byazi oyunun yoldaşlıq görüşü mahiyyəti daşımasına baxmayaraq, onlardan nəticə istəyib.

Başqa sözlə, baş məşqçi dünən mətbuat konfransında səsləndirdiyi fikirləri paltardəyişmə otağında da təkrarlayıb: "Rəqibə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik ".

De Byazinin fikirləri kollektiv tərəfindən birmənalı qarşılanmayıb. Hətta onlardan bir neçəsi baş məşqçinin tələbinə qarşı çıxıb, sərt və kobud oyuna üstünlük verməyəcəklərini bildiriblər.

Futbolçular onların AVRO-2020-nin final mərhələsinə hazırlaşdığını xatırladıb, "ay-ulduzlular”a rəqib deyil, qardaş gözüylə baxdıqlarını deyib.

Indi düşərgədə belə bir fikir formalaşıb ki, De Byazini İtaliya yığması daha çox düşündürür. Axı Şenol Günəşin komandası AVRO-2020-nin final mərhələsində apenninlilərlə bir qrupa düşüb və ilk oyun elə onlar arasında keçiriləcək.

De Byazi yaranmış vəziyyət barədə AFFA mənsublarına şikayətlənib. Daha sonra federasiya rəsmiləri baş məşqçidən narazi futbolçularla söhbətləşib və qəti xəbərdarlıq edib: "De Byazi sizə nə tapşırıq veribsə, ona da əməl eləyin”.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X