22:58 12.10.2021 321

\"İlk hissədə meydanda yox idik\" - Milan Obradoviç

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis, 1:5 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
- Danışmağa çox şey yoxdur. İlk hissədə meydanda yox idik. Hərəkət yox idi və 3 qol da standart vəziyyətdən buraxıldı. İkinci hissədə meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördünüz. Öz potensialımızı hər oyun göstərməliyik. Xorvatiyanın bütün imkanları qolla nəticələndi. İkinci hissədə başa düşdük ki, öz meydanımızdayıq, oynamalıyıq. Səhvlərimiz var, onların üzərində çalışmalıyıq. Səbrli olmalıyıq.
 
- Nə qədər səbr etmək lazımdır?
- 3 məşq edib, oyuna çıxırıq. Mənim cavabım budur. Mən 3 günə nə edə bilərəm? Bu səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur.
 
- Kapitan Rauf Hüseynli nə üçün ehtiyatda qaldı?
- Məndə kimin nə qədər oynadığına dair statistika var. Futbolçuların oyuna necə hazır olmasına baxıram. Uşaqlar çox istəklidir. Lakin fiziki göstəricilərə görə oynaması çətin olan futbolçular var.
 
- Canni De Byazi də futbolçuların fiziki cəhətdən çatdırmadığını deyir. Bəlkə, birləşib bir yol göstərəsiz?
- Hər həftə oynamalıdırlar. Üçgündənbir oynamalıdırlar. Mən heyətə ən yaxşılarını seçirəm. Demək olar ki, çox futbolçu öz komandasında kifayət qədər oynamır. Baxın, son 2 ildə əsas milliyə nə qədər futbolçu vermişik. Bu heyətdən də azı 2-3 futbolçu gələcək illərdə əsas yığmada olacaq.
 
- Bu futbolçular gələcəkdə Azərbaycanı beynəlxalq arenada nə cür təmsil edəcək? Potensialları varmı?

- Futbolçuların fiziki hazırlığı artmalıdır. Daha çox çalışmalıdırlar. Bir addım irəli gedib, yenidən dala qayıdırıq. Bu da fiziki hazırlıqla bağlıdır. Uşaqlar da çatdırmır. Fiziki durumun yaxşı olsa, istənilən komandaya qarşı oynamaq olar. Çox çalışmaq lazımdır.
 
- Son zamanlarda çempionatda limit məsələsi gündəmdədir. Sizcə, limit Azərbaycan futboluna lazımdırmı?

- Bu, mənə veriləcək sual deyil. Limit Azərbaycan futbolunun inkişafı üçün tətbiq olunub. Limit olmasaydı, mən kimləri seçərdim? Limit olmasaydı, bizim ümumiyyətlə, futbolçu seçimimiz olmayacaqdı. Limit olmasaydı, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Ömər Buludov, Musa Qurbanlı kimi futbolçular da üzə çıxmazdı. Serbiyada klublar yarışır ki, görək, ən gənc oyunçunu kim oynadacaq. Klublar gəncləri çıxarıb, pul qazanmağı düşünürlər. Amma burada vəziyyət fərqlidir. Mən limitin 1 deyil, 2 olmasını istəmişdim. Belə olsaydı, klubların akademiyaları daha çox çalışardı. Bu tip suallar məndən sonra da olacaq. Burada olacağım müddətdə çalışacağam ki, limit sayı artırılsın. Bu, bizim gələcəyimizdir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

Facebookdan bizi izləməyi unutmayın.
X