"Vacib qələbə qazandıq, ancaq final Portuqaliyaya qaldı".
Fanat.Az xəbər verir ki, Serbiya yığmasının hücumçusu Duşan Vlahoviç Azərbaycan milli komandasına 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.
Millimizlə oyunda dubla imza atan "Fiorentina"nın üzvü qapılarında 1 qol gördüklərinə görə təəssüfləndiyini bildirib: "Ümid edirəm ki, tamaşaçılar bizim oyun tərzimizi bəyəndi. Təəssüf ki, bir qol buraxdıq. Amma belə olur. Ən başlıcası, qalib gəldik və hamımız sağlamıq".
Vlahoviç yığmamızla matçda qalib gəldiklərinə görə çox sevindiklərini deyib: "Bu matçı qazandığımız üçün çox xoşbəxtik. İndi Portuqaliyada gedib finala bərabər oyunda qələbə qazanmalıyıq. Bunu etməliyik ki, Dünya Çempionatına birbaşa getmək şansımız olsun".
Qeyd edək ki, hazırda Serbiya yığması 7 oyundan 17 xalla A qrupunun lideridir. 6 matçda 16 xal toplamış Portuqaliya 2-ci pillədə yer alıb. 7 qarşılaşmadan cəmi 1 xalla ayrılmağı bacaran Azərbaycan yığmasının isə qrup sonuncusu olacağı dəqiqləşib. Portuqaliya - Serbiya qarşılaşması noyabrın 14-də keçiriləcək.
Mirağa