12:37 04.11.2021 573

Dmitri Kramarenko: "7 top buraxdıqdan sonra özümə söz vermişdim"

Hazırda Rusiyanın MOİK klubunda qapıçılarla iş üzrə məşqçi kimi çalışan Dmitri Kramarenko Azərbaycan millisində forma geyindiyi vaxt Portuqaliyaya səfərdə 0:7 hesabı ilə uduzduqları 2000-ci il Avropa çempionatının seçmə oyununu xatırlayıb.

Fanat.Az xəbər verir ki, yığmanın keçmiş qolkiperi "Matç TV"yə müsahibəsində 7 top buraxmasını acınacaqlı hal kimi dəyərləndirib.

"Hələ həmin vaxt Kriştianu Ronaldu yox idi. Lakin rəqibimiz çox güclü idi. Biz səfərdə 0:7 hesabı ilə uduzduq" deyən 47 yaşlı mütəxəssis bundan çox məyus olduğunu vurğulayıb.

O, həmin qarşılaşmadan sonra Bakıdakı matçda uduzmamağı özünə söz verdiyini xatırlayıb:

"Başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yoxdur. Orada bizi ət kimi sərt doğramışdılar. Özümə söz vermişdim ki, cavab görüşündə ən azı uduzmayacağıq. Bakıda onlara qarşı iki gün oynadıq. İlk oyun günündə hesab 0:0 ikən stadionda işıqlar söndü. Nəticədə növbəti gün də oynamalı olduq və 1:1 hesablı heç-heçə etdik. Bu, böyük uğur idi".

Kramarenko Portuqaliyadakı məğlubiyyətdən sonra özünə gəlməsinin çox vaxt aparmadığını da dilə gətirib:

"Səfər oyununun ardından atamla (mərhum Sergey Kramarenko ilə - red.) danışdım. Biz onunla hər bir matçı dəyərləndirirdik. Atam həmişə doğru-düzgün danışırdı. O dedi ki, baş verənləri unutmaq lazımdır. Ayağa durmaq, məşq etmək və növbəti görüşə hazırlaşmaq lazımdır. Baş verənləri yalnız bu cür unuda bilərsən".

Xatırladaq ki, Portuqaliya millisi Azərbaycan yığmasına 26 mart 1999-cu ildə Gimaraynşda keçirilmiş oyunda 7:0 hesabı ilə qalib gəlib. Bakıdakı qarşılaşmada 1:1 hesablı heç-heçə həmin il sentyabrın 4-də qeydə alınıb. (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

23:02

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X