Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək.
Donatas Rumşasanın baş hakimi olacağı matçda Aleksandr Radius və Dovidas Sujiedelis köməkçi hakim qismində yer alacaqlar.
Dördüncü hakim funksiyasını Azərbaycanın FIFA referisi Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Qətər oyunu 14 noyabr tarixində Bakı Olimpiya stadionunda keçiriləcək. Görüş 21:00-da start götürəcək.