Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər beynəlxalq yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək:
21:00. Azərbaycan - Qətər
Baş hakim: Donatas Rumşas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Dovidas Sujiedelis
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Bakı Olimpiya Stadionu
Mirağa