Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" ağır cəzaya məruz qalıb.
Fanat.Az xəbər verir ki, "timsahlar"ın "Kocaelispor"la matçda qırmızı vərəqə alan 2 futbolçusu - Nikolas Zalazar və Tim Matavzın cəzaları açıqlanıb.
Türkiyə Futbol Federasiyasının İntizam Qurumu Zalazarı 2, Matavzı 1 oyunluq diskvalifikasiya edib.
Bundan başqa, klub 6500 lirə cərimələnib.
Qeyd edək ki, Ələskərov hazırda millimizin düşərgəsindədir. O, Qətərlə oyundan sonra - bazar ertəsi klubunun düşərgəsinə dönəcək.
Mirağa