21 yaşadək futbolçulardan ibarət Avstriya millisinin baş məşqçisi Verner Qreqorits Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çətin oyun oldu. Rəqib oyunda çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyuna diqtə edən tərəf biz idik və nəticədə inamlı qələbə qazandıq”.