Dünya çempionatının son seçmə oyununda - Lüksemburqla matçda qırmızı vərəqə ilə cəzalandırılan Tellur Mütəllimov Qətərlə yoldaşlıq görüşündə də iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda baş tutan oyunda komandanı pis vəziyyətdə qoyan "Sumqayıt"ın yarımmüdafiəçisi yığmanın düşərgəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, millimiz sabah Bakı Olimpiya Stadionunda Qətərlə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.