Futbol üzrə Niderland 2-ci liqasında 15-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasının geyindiyi “Telstar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qraafşap”la 1:1 hesablı bərabərliyə razılaşıb.
Kökçü 79-cu dəqiqədə meydana buraxılıb.
15 oyuna 17 xal yığan “Telstar” turnir cədvəlində 20 kollektiv arasında 15-ci pillədədir.