Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts komandasının DÇ-2022-nin seçmə mərhələsindəki çıxışını şərh edib.
Fanat.Az xəbər verir ki, o, İrlandiyaya qarşı keçirdikləri matçdan sonra Azərbaycan millisinə Bakıda 3:1 hesabıyla qalib gəldikləri görüşü də yada salıb:
“Qrupda 9 xal toplamaq tariximizin ən böyük uğurudur. Çətin qrupa düşmüşdük. Azərbaycanla oyundakı qələbə düzgün yolda olduğumuzu göstərdi. Azərbaycan fiziki hazırlıq baxımından üstün olsa da, oyun planında biz daha güclüyük. Onların 1, bizim isə 9 xal toplamağımız hər şeyi deyir”.
A qrupunda İrlandiya ilə birlikdə 9 xal toplamış Lüksemburq yığması 3-4-cü yerləri bölüşdürüb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu - 5-ci pillədə başa vurub.