19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız meydan sahibi Lüksemburqla qarşılaşıb.
Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
2:0 hesablı qələbə qazanan təmsilçimiz "cırtdanlar"ı qabaqlayaraq çıxışını başa vurub.
Qeyd edək ki, Elxan Abdullayevin yetirmələri daha öncə Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabıyla uduzmuşdu.
Xal durumu: Belçika - 7, İspaniya - 7, Azərbaycan - 3, Lüksemburq - 0.
Avropa çempionatı, seçmə mərhələ
16 noyabr
Lüksemburq - Azərbaycan 0:2
Qollar: Mirmövsüm Caniyev, 23. Mehrac Baxşəli, 77.
Hakimlər: Luka Bilbiya (Bosniya və Herseqovina), Aleksandar Smilyanic (Bosniya və Herseqovina), Qaret Vin Jones (Uels)
Dördüncü hakim: Robert İan Jenkins (Uels)