11:13 15.12.2021 702

Legionerlər milliyə qoşuldu

Dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir. 

Fanat.Az xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən futzalçılar da artıq komandaya qoşulub. 

Belə ki, İspaniyada çıxış edən Rafael Vilelayla Everton Kardoso və Fransada legioner həyatı yaşayan Fineo De Araujoyla Tyaqo Bolinya bu gün komanda ilə ilk məşqə çıxıb.

Millinin əsas qol ümidi Tyaqo azfutzal.az-a açıqlama verib:
“Millinin toplanışına yenidən dəvət aldığıma görə şadam. Əlbəttə, bu komandanın formasını hər zaman sevə-sevə geyinmişəm. Bu dəfə də eyni hisslərlə növbəti oyunlara hazırlaşırıq. Əhval-ruhiyyəmiz yaxşıdır. Atmosferlə bərabər, məşq keçdiyimiz zal da əladır. Düzdür, ilk dəfədir ki, burada hazırlıq keçirik. Ancaq matça qədər bir neçə məşqimiz olacaq və örtüyə tam uyğunlaşacağıq. Əsas odur ki, baş məşqçimizin istədiklərini edək, yaxşı hazırlaşaq.

Açığı, Ukrayna millisinin oyununu izləməmişəm, amma onlar da bizim kimi Avropa çempionatının final mərhələsində iştirak edəcəklər. Deməli, zəif komanda deyillər. Biz doğma meydanımızda çıxış edəcəyik. Ona görə də çalışmalıyıq nəticə xeyrimizə olsun, yaxşı oyun göstərək. Bu duel hər iki komanda üçün yaxşı hazırlıq olacaq.

Əlbəttə, hər iki oyunda qələbə qazansaq, bu, müsbət emosiya yaradacaq. Ancaq yoldaşlıq oyunlarının təyinatı bu deyil. Vacib olan zədədən qaçmaq, baş məşqçinin müdafiə olunmaq və hücuma qoşulmaqla bağlı tapşırıqlarını qüsursuz icra etmək, standart vəziyyətlər zamanı “ev tapşırıq”larını uğurla yerinə yetirməkdir. Elə etməliyik ki, vacib oyunlara hazırlaşaq, səhvlərimiz az olsun.

Avropa çempionatının final mərhələsindəki rəqiblərimizə gəldikdə, komanda yoldaşlarıma da demişəm ki, çətin qrupda yer almışıq. Gürcüstan yığması gündən-günə heyətinə yeni futzalçılar cəlb edir, güclənir. Bosniya və Herseqovina çempionatında isə 4 aya yaxın çıxış etmişəm. Ona görə milli komandalarının keyfiyyətli oyunçulardan qurulduğunu deyə bilərəm. İlk “4-lük”də yer alan futzalçılar bizim klubda çıxış edirdilər. Daha bir oyunçusu isə Almaniya çempionatında top qovur. Sərt oyuna üstünlük verirlər. Fiziki cəhətdən də güclüdürlər. İspaniya millisi haqda danışmağa isə ehtiyac yoxdur. Bu komandanın titulları güclərini göstərir. Elə etməliyik ki, ilk iki yerdən birini tutaq. Bunun üçün şansımız da var. Qitə birinciliyi ilk dəfə yeni formatla keçiriləcək. Əvvəllər qrupda 3 komanda yer alırdı, bu dəfə 4 iştirakçı olacaq. Fikrimcə, məqsədimizə nail ola bilərik”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un favoritlərini açıqladı

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

Facebookdan bizi izləməyi unutmayın.
X