17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, millimiz Şimali Makedoniyadan olan həmyaşıdları ilə qarşılaşıb.
Litvadan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-17 seçmə mərhələdəki ilk oyununda Albaniyaya 0:1 uduzub.