Bu gün minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsində mübarizəyə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə E qrupunda qərarlaşan Azərbaycan çempionu “Birbaşa Bakı” də növbəti oyununa çıxıb.
Turnirə İspaniyanın “Malaqa” klubu ilə 2:2 hesablı heç-heçə ilə başlayan "Birbaşa Bakı" bu gün ilk sınağında “Livorno”nu (İtaliya) 3:1 hesabı ilə məğlub edib.
Bakılılar son görüşü bu gün “Brno”ya (Çexiya) qarşı keçirəcəklər. Oyun saat 21.00-da başlayacaq.
Qeyd edək ki, Polşanın Varşava şəhərində keçirilən yarışda C qrupunda qərarlaşan və ilk matçda Fransanin “Piopio” klubunu 2:1 hesabı ilə məğlub edən “AzNur” bu gün ilk görüşdə meydan sahibləri “Qalport”la 2:2-yə razılaşıb. Təmsilçimiz qrupda son oyununu “Andezit” (Ukrayna) klubuna qarşı keçirəcək. Oyun 19.00-da start götürəcək.