
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünən Slovakiyada baş tutan final oyununda Ukaryna millisini 2:0 hesabı ilə yenərək ikinci dəfə Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib.
Fanat.Az xəbər verir ki, birinci xanımın sosial şəbəkə hesablarındakı paylaşım belədir:
"Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".
