23:14 18.07.2026 1036

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb.

Fanat.Az xəbər verir ki, "Yurd.Media" və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda tarixən nəşr olunmuş "Əkinçi", "Ziya", "Tərəqqi" və "Həyat" kimi adlandırılıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Digər təşkilatçı, "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaqlat. O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.

Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov çıxışında jurnalistlər arasında təşkil olunan belə turnirlərin əhəmiyyətini qeyd edərək bütün iştirakçılara uğurlar arzu edib.

Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Ardından yarışa start verilib.

Turnirin ilk oyununda ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan "Əkinçi" komandası informasiya agentliklərinin jurnalistlərindən ibarət "Ziya" komandasını 5:3 hesabı ilə məğlub edib.

Sonra televiziya nümayəndələrinin olduğu "Həyat" komandası idman jurnalistlərindən ibarət "Tərəqqi" komandası ilə qarşılaşıb. Bu oyunda isə idman jurnalistləri 3:2 hesablı qələbə qazanıblar.

Beləliklə, iyulun 19-da keçiriləcək final oyununda "Əkinçi" "Tərəqqi" ilə, 3-cü yer uğrunda oyunda isə "Ziya" ilə "Həyat" komandaları üz-üzə gələcək.

Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:00

MPL: "Sabah"dan 3-cü qol - YENİLƏNİR

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

Facebookdan bizi izləməyi unutmayın.
X