Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında fərqlənib.
Fanat.Az xəbər verir ki, Davud Kərimi ən yaxşı qapıçı,Bəxtiyar Soltanov isə ən yaxşı oyunçusu seçilib.
Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.
Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.