18:38 14.06.2022 688

“Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız” – İlham Əliyev

“İlk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız”.

Fanat.Az “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən bildirib.

O deyib ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb: "Ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir.

Düzdür, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər. Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun.

Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir”.

Prezident həmçinin bildirib: “Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız.

Azərbaycanda idmana da, idmançılara da diqqət göstərilir. İdmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar və bu, təbiidir. Çünki idman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda, sağlam həyat tərzini təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq.

Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür - əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.

Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.

Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsil - uşaqlar, yeniyetmələr bu idman növünü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar.

Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 Avqust 2026
15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

"Səbail” “Sakaryaspor”la qarşılaşır

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Pley-offun ilk oyunlarına yekun vurulur

09:48

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

09:25

Əli Abdullayevin yeni iş yeri bilindi

09:00

ÇL: "Sabah"ın pley-off sınağı başlayır

02:57

"Mingəçevir" 2-ci Liqa komandasını üstələdi

01:58

"Hapoel"in baş məşqçisi "Sabah"la matçdan əvvəl nə danışdı?

01:13

"Hapoel"lə matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

00:55

ÇL: "Fənərbağça" "Olimpik Lion"la heç-heçəyə razılaşdı

00:36

"Sabah"da parlayan Pokatilov Qazaxıstanı ayağa qaldırdı

18 Avqust 2026
23:17

"Sabah" basketbol klubu Litvada təlim-məşq toplanışı keçirəcək

22:39

Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

22:01

"Beşiktaş" "Yuventus"un vingerinə elçi düşdü

21:39

Alessandro Çirkati "Benfika"ya keçir?

21:05

"Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır

20:56

Rodri "Barselona"da - RƏSMİ

20:47

Qavi karyerasını İngiltərədə davam etdirəcək?

20:12

Amar Dediç rəsmən "Nyukasl Yunayted"də

19:49

"Neftçi" Turan Hacızadə ilə müqavilənin müddətini uzadıb

19:02

Draqolyub Saviç "Neftçi"də - RƏSMİ

18:47

Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər bilindi

18:40

"Qarşıdakı mövsümün daha gərgin keçəcəyini düşünürəm, çünki..."

18:05

Dursun Özbək Batrakovun transferini təsdiqlədi

17:46

"Kayserispor"un sabiq müdafiəçisi Azərbaycan klubuna keçir

Facebookdan bizi izləməyi unutmayın.
X