
Filadelfiyada keçirilən "UFC 330" turnirinin əsas döyüşündə irlandiyalı İen Qerri üzərində qələbə qazanaraq yarımorta çəkidə çempion titulunu qoruyan dağıstanlı MMA döyüşçüsü İslam Maxaçev rəqibinin davranışının səbəbini anlamadığını bildirib.
Fanat.Az xəbər verir ki, 5 raund davam edən mübarizədən hakimlərin yekdil qərarı ilə qalib ayrılan 34 yaşlı idmançı mətbuat konfransında belə danışıb:
"İenin hər raunddan öncə qucaqlaşmasının səbəbini başa düşmürəm. Biz müharibəyə çıxırıq. Bir-birimizin üz-gözünü dağıdırıq. Bütün rəqiblərimə hörmət edirəm, amma görünən budur ki, İen rəqiblərinə daha böyük sayğı ilə yanaşır. Ona hörmətim var, xoşxasiyyət oğlandır. Amma bu, müharibədir, oyun deyil. Mənim sifətimin vəziyyətinə baxın".
Xatırladaq ku, İslam ardıcıl 17-ci qələbəsini qazanaraq UFC tarixində yeni rekorda imza atıb.
Nihat