Tokio 2020 Yay Olimpiya Oyunlarında ilk medal günü arxada qalıb.
Fanat.Az xəbər verir ki, gün ərzində 11 dəst mükafat öz sahiblərini tapıb.
Çin komandası 3 qızıl və 1 bürünc medalla siyahıya başçılıq edir. İtaliya və ev sahibi Yaponiya yığmaları 1 "qızıl", bir "gümüş"lə 2-3-cü yerləri bölüşürlər.
Ümumilikdə 28 ölkə təmsilçiləri medal sevinci yaşayıb.
Qeyd edək ki, Azərbaycan idmançılarının gün ərzində 4 medal (cüdoda 2, kişilərin 10 metr məsafəyə hava tapançasından atəş açma və şose velosipedi yarışlarında 1) şansı olsa da, təmsilçilərimizin heç biri fərqlənə bilməyib.
Sahib Əsədbəyli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol