00:01 03.09.2021 1082

Tokio 2020: Daha dörd medal şansı 

Tokio 2020 Yay Paralimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Paralimpiadanın onuncu yarış günündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq. Onların hamısının gün ərzində medal hesabımızı artırmaq imkanı var.

Taekvondo yarışlarında son təmsilçimiz Əbülfəz Abuzərli qüvvəsini sınayacaq. Kişilərdən ibarət millimizin 75 kiloqram çəki dərəcəsindəki üzvü mübarizəyə 1/8 finaldan başlayacaq.

Üzgüçülükdə Paralimpiya çempionlarımız Raman Saley və Vəli İsrafilov Oyunlarda son cəhdlərini edəcək. Hər iki idmançı S12 kateqoriyası üzrə 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifatı keçməyə çalışacaq. Final yarışı Bakı vaxtı ilə 13:53-də start götürəcək.

Digər təmsilçimiz isə atlet Samir Nəbiyevdir. Bunadək iki Paralimpiadanı medalsız başa vuran 35 yaşlı dünya və Avropa mükafatçısı nüvəitələmə növündə məqsədinə çatmağa çalışacaq. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi birbaşa final mərhələsində mübarizə aparacaq. 

Qeyd edək ki, Azərbaycan komandasının hesabında hazırda 11 qızıl, 1 gümüş və 4 bürünc medal var. Millimiz medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq. 

3 sentyabr

05:15. Taekvondo. Kişilər, 75 kq. 1/8 final. Əbülfəz Abuzərli - Alen Qanapin (Filippin)
05:19. Üzgüçülük. Kişilər, S12 kateqoriyası, 100 metr məsafəyə batterflay üsulu ilə üzmə. Təsnifat. Raman Saley
05:19. Üzgüçülük. Kişilər, S12 kateqoriyası, 100 metr məsafəyə batterflay üsulu ilə üzmə. Təsnifat. Vəli İsrafilov
14:00. Atletika, nüvəitələmə. Kişilər, F57 kateqoriyası. Final. Samir Nəbiyev

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X