Yaponiya millisinin baş məşqçisi Hadzime Moriasu DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda İspaniyanı yenərək (2:1) 1/8 finala yüksələn komandasının hədəflərindən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini FİFA-nın rəsmi saytına bölüşüb:
"Bütün azarkeşlərimizə, yapon xalqına dəstək üçün təşəkkür edirik. Onların sayəsində bu çətin oyunda qələbə qazandıq. hamıya qələbə bəxş edə bildiyimizə görə xoşbəxtəm. İndi yeni hədəfimiz var. 1/4 finala yüksəlmək istəyindəyik.
Oyunçular meydanda necə mübarizə aparmaq lazım olduğunu göstərərək bizə çox şeyin mümkün olduğunu isbatladılar. İndi 1/4 finala adlamaq, hətta bir qədər də irəli getmək, milli tarixinin yeni rekorduna imza atmaq arzusundayıq".
Qeyd edək ki, Yaponiya seçməsi Almaniya, İspaniya və Kosta Rika ilə birlikdə yer aldıqları E qrupunda 6 xal toplayaraq lider qismində pley-offa çıxıb. Asiyalılar 1/8 finalda Xorvatiya ilə qarşılaşacaq.