Almaniya millisinin qapıçısı Manuel Noyer Kosta Rikanı 4:2 hesabı ilə məğlub etdikləri qarşılaşmada rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Noyer mundiallar tarixində ən çox oyun keçirən qolkiperə çevrilib.
36 yaşlı "çərçivə" qoruyucusu 19-cu dəfə DÇ-də oynayaraq həmyrelisi Zepp Mayeri və braziliyalı Klaudio Taffareli (hərəyə 18 matç) geridə qoyub.
Qeyd edək ki, Almaniya yığması İspaniya, yaponiya və Kosta-Rika ilə birlikdə yer aldığı qrupdan çıxa bilməyib. 4 xal toplayan almanlar 3-cü yerlə kifayətlənib.
Nihat