18:32 02.12.2022 488

Mirbağır İsayevə 3 aylıq cəza, “Neftçi”yə texniki məğlubiyyət!

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

AFFA Yüksək Qızlar Liqasının 7-ci turunun “Neftçi” PFK - 8 №-li İOEUGiM (Bakı) oyununda Nyah Marie Petcu adlı legioner oyunçu “Neftçi”nin əsas heyətində yer almdığına görə bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Məsələ burasındadır ki, AFFA Yüksək Qızlar Liqasının Əsasnaməsinin 6.7. bəndinə görə Yüksək Liqada legioner iştirakına icazə verilmir.

Region Liqasında keçirilən “Cəbrayıl” – “İrəvan” oyununda “İrəvan”ın rəsmisi Zahid Niyazəliyev oyunun 34-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

Region Liqasında keçirilməli olan “Araz” (Saatlı) – “Ağsu Siti" oyununda “Ağsu Siti” komandası oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Bu səbəbdən “Ağsu Siti” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gənclər Liqasında keçirilən “Zirə” – “Neftçi” PFK oyununda “Zirə”nin baş məqşçisi Cəfər Hüseynov oyunun 23-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılması və qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etməsinə görə 5 oyun cəzalandırılıb.

U-17 Liqasında keçirilən “Səbail” – “Turan Tovuz” oyununda “Səbail”in baş məşqçisi Yaşar Abuzərov oyunun 86-cı dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

U-17 Liqasında keçirilən “Səbail” – “Turan Tovuz” oyununda “Səbail”in akademiyasının koordinatoru Mirbağır İsayev oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə İntizam Məcəlləsinin 21 və 41.4.-cü maddələri nəzərə alınmaqla 3 (üç) ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. “Səbail” isə buna görə 4000 (dörd min) AZN məbləğində cərimə olunub.

U-15 Liqasında keçirilən “Ağ Şəhər” – “Səbail” oyununda “Ağ Şəhər”in baş məşqçisi Nüqzar Kvirtiya oyunun 65-ci dəqiqəsində hakimlərə sərt etiraz edib, üstəlik onları təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bunun üçün Nüqzar Kvirtiya 5 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilən İCBFA – “Rekord” oyununda “Rekord” komandası oyuna adı protokolda qeyd olunmayan oyunçu buraxdığına görə “Rekord”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 2-ci dəfədir ki, təkrarlanır.

U-11 Liqasında keçirilməli olan “Ramal” (Tərtər) – “Uğur” (Mingəçevir) qarşılaşması zamanı “Ramal” (Tərtər) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Ramal”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal Ramal (Tərtər) komandası tərəfindən artıq 3-cü dəfə təkrarlandığına görə komanda yarışlardan kənarlaşdırılıb.

U-10 Liqasında keçirilməli olan “Lamasiya Baku” – “Atletiko Baku”  qarşılaşması zamanı “Atletiko Baku” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Atletiko Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “Maccabi Baku” – “Yeni Bakı” FK  qarşılaşması zamanı “Yeni Bakı” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Yeni Bakı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X