DÇ-2022-nin 1/4 final mərhələsində üz-üzə gələcək Argentina və Niderland milliləri ilə bağlı maraqlı statistika var.
Fanat.Az xəbər verir ki, Lionel Messi Argentina yığmasında oynayandan bəri "narıncılar" bu rəqibini yenə bilməyib.
Belə ki, tərəflər iki dəfə üz-üzə gəlib. DÇ-2006-nın qrupunda baş tutan duel 0:0 hesablı heç-heçə ilə bitibsə, DÇ-2014-ün yarımfinalında Argentina oyunsonrası penaltilərlə qələbə qazanıb - 4:2.
Qeyd edək ki, Niderland - Argentina matçı dekabrın 9-da keçiriləcək.
Nihat