Britaniyalı Tayson Fyuri Dünya Boks Şurasının (WBC) ağır çəki dərəcəsində titulunu qoruyub.
Fanat.Az xəbər verir ki, Londonda “Tottenhem Hotspur” stadionunda keçirilən döyüşdə Fyuri həmyerlisi Derek Çisoranı 10-cu raundda texniki nokautla məğlub edib.
Bu, 34 yaşlı T.Fyurinin karyerasında 34-cü qələbəsi olub.
Fyuri 2020-ci ilin fevralında amerikalı Deontey Uaylder üzərində 7-ci raundda texniki nokautla qalib gələrək sahib çıxdığı WBC dünya titulunu üçüncü dəfə qoruuyub.